Qazaxıstanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb

09:44 - 19 / 04 / 2019
Qazaxıstanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb

Qazaxıstan Respublikasında 2019-cu il iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.

1news.az-a səfirlikdən verilən məıumata görə, ölkə Konstitusiyasına əsasən, səsvermə Bakı vaxtı ilə səhər saat 07.00-dən 20.00-dək keçiriləcəkdir.

Seçki günü Azərbaycan ərazisində olacaq Qazaxıstan vətəndaşları səsvermələri üçün yuxarıda qeyd edilən seçki məntəqəsindən əvvəlcədən qeydiyyatdan keçməli, özləri barəsində məlumatları [email protected]çt ünvanına göndərməlidirlər.

Səsverməyə gələnlərin üzərində Qazaxıstan Respublikası vətəndaşının pasportu olmalıdır.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 14. Əlaqə telefonu: + 994 12 489-23-55.

P.Sultanova

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər