Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək

12:45 - 22 / 04 / 2019
Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək.

Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. Aprelin 29-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi aprelin 26-dan 28-nə qədər keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

S.Xankişiyeva

 

Paylaş:
622

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər