Azərbaycan XİN Ermənistanın Avropa İttiqaqı ilə bağlı açıqlamasına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Ermənistanın Avropa İttiqaqı ilə bağlı açıqlamasına münasibət bildirib

16:11 - 24 / 04 / 2019
Azərbaycan XİN Ermənistanın Avropa İttiqaqı ilə bağlı açıqlamasına münasibət bildirib

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir.

1news.az xəbər verir ki, bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ermənistanlı həmkarının açıqlamasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib ki, Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunub və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edilib.

P.Sultanova

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər