Çavuşoğlu S-400-lərin Azərbaycana verilməsinə dair məlumatları şərh edib | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu S-400-lərin Azərbaycana verilməsinə dair məlumatları şərh edib

09:38 - 24 / 04 / 2019
Çavuşoğlu S-400-lərin Azərbaycana verilməsinə dair məlumatları şərh edib

Türkiyə Rusiyadan tədarük edilən S-400 zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində deyil.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, S-400-ü Azərbaycan və yaxud Qətərdə yerləşdirmək barədə söhbət yoxdur:

"Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik".

Çavuşoğlu onu da deyib ki, əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə, o bunu birbaşa, vasitəçisiz edər: "Üstəlik, bu ölkələrin yaxşı münasibətləri var".

1news.az

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər