Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silahlara baxış keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silahlara baxış keçirilib - VİDEO

11:40 - 24 / 04 / 2019
Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silahlara baxış keçirilib - VİDEO

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

1news.az  

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər