Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Pak Myonq Quk yaxın günlərdə Azərbaycana səfər edəcək.
1news.az trend-ə istinadla xəbər verir ki, P.M.Quk Qoşulmama Hərəkatına üzv olan ölkələrə, o cümlədən Suriya, İran, Azərbaycan və Monqolustana səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumatı təsdiqləyib:
"Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Pak Myonq Qukun rəhbərlik etdiyi nümayəndə heyətinin bu il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü nəticəsində qəbul ediləcək yekun sənədlərin müzakirəsi məqsədilə yaxın günlərdə ölkəmizə səfər etməsi nəzərdə tutulub".
1news.az
463