“Tottenhem” öz meydanında “Ayaks”a məğlub oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Tottenhem” öz meydanında “Ayaks”a məğlub oldu – VİDEO

09:32 - 01 / 05 / 2019
“Tottenhem” öz meydanında “Ayaks”a məğlub oldu – VİDEO

Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, final uğrunda mübarizəyə Londonda start verilib. Mərhələnin açılış görüşündə İngiltərənin “Tottenhem” klubu Hollandiyanın “Ayaks” komandasını qəbul edib.

Görüşün taleyini bir qol həll edib. 15-ci dəqiqədə Doni van De Bikin qolu ilə rəqibinə qalib gələn  “Ayaks” mayın 8-də Amsterdamda keçiriləcək cavab matçıöncəsi sərfəli nəticə qazanıb.

Qeyd edək ki, mərhələnin digər oyununda bu gün “Barselona” “Liverpul”u qəbul edəcək.

30 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

”Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) - 0:1
Qol: Van de Biik, 15 

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər