Reyestrə bilərəkdən yanlış və natamam məlumatlar verən şəxslər cərimələnəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Qanuna 440-1-ci maddə əlavə edilir:
“Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması
440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
440-1.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

S.Xankişiyeva