İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO

13:21 - 06 / 05 / 2019
İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO

2019-cu ildə İsveçrənin Solothurn şəhərində Azərbaycan səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

1news.az-a ölkəmizin İsveçrədəki səfirliyindən verilən məlumata görə, açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilarlarının rəhbərləri, soydaşlarımız və ölkəmizin İsveçrədəki Səfirliyinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras, gələn qonaqları salamlayıb və mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusi ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinə  təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir milli mədəniyyət mərkəzinin yaradılmasının zəruriliyinə diqqət çəkib.

Sonra mərkəzin təntənəli açılışı olub. Burada qurumun baş ofisi, Azərbaycan dilində həftə sonu məktəbi və müxtəlif məqsədlər üçün nəzərdə tutulan otaqlar yerləşir. Sonda qonaqlara milli təamlardan ibarət ziyafət verilib.

1news.az

 

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər