Paşinyan ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə edib

Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent baş nazir Nikol Paşinyanla görüşüb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Kent ABŞ-ın Ermənistanla münasibətləri inkişaf etdirmək və respublika üçün prioritet olan sahələrdə əməkdaşlıq etmək istədiyini bildirib.
Görüşdə, həmçinin tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional problemlər və proseslər barədə fikir mübadiləsi aparıblar.
P.S.
594