Xələf Xələfov: Paşinyanın Qarabağa səfəri beynəlxalq hüququn pozulmasıdır | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: Paşinyanın Qarabağa səfəri beynəlxalq hüququn pozulmasıdır

16:46 - 10 / 05 / 2019
Xələf Xələfov: Paşinyanın Qarabağa səfəri beynəlxalq hüququn pozulmasıdır

Ermənistanın baş naziri Nikol Pşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun dözlərinə görə, N.Paşinyanın Azərbaycan torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır:

"Danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normalar pozulub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır".

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər