Mübariz Əhmədoğlu: Azərbaycan torpaqlarının işğalında fəal olmuş ermənilərin Dağlıq Qarabağı tərk etməsi məsləhətdir

Ermənilər son günlər təmas xəttində Azərbaycanın hərbi aktivlindən daha çox danışırlar.
ı. Azərbaycanın hərbi hazırlığı, qoşunların təmas xəttində mühəndis qurğularının tikilməsi ilə bağlı məlumatlar ermənilərin özlərinin hərbi əməliyyata hazırlığı kimi də qəbul edilə bilər. Ermənistanın Müdafiə naziri David Tonoyan məsuliyyətsiz adamdır. 2016-cı ilin aprel döyüşlərinin səbəbkarı ortalığa qoyduğu “Statik müdafiədən, aktiv cilovlamaya” konsepsiyası oldu. O, ABŞ-da olarkən “yeni torpaqlar uğrunda, yeni müharibə” konsepsiyasını irəli sürdü. Deməli, ermənilər hərbi aktivlik göstərəcək, Azərbaycan ordusu onların aktivliyini uğurla dəf edəcək.
Bundan sonrakı istənilən döyüşdə ermənilər məğlub olacaq.
ıı. Ermənilər yazdıqlarına inanırlarsa Dağlıq Qarabağla Ermənistan arasında bütün koridorların darmadağın ediləcəyinin nəticələrinə hazırlaşsınlar. Laçın koridoru da daxil olmaqla bütün koridorlar bağlanan anda Dağlıq Qarabağdakı ermənilər aktivlik nümayiş etdirəcək. Dağlıq Qarabağ ermənilərinin aqressiv hissəsi və işğal olunmuş ərazilərdəki Ermənistanın qoşun birləşmələri Azərbaycanın digər əraziləri istiqamətində hücuma keçəcək. Azərbaycan tərəfi indidən bu vəziyyəti proqnozlaşdırır və orada tikilən hərbi mühəndis istehkamlarının əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin aqressiv hissəsinin, o cümlədən Ermənistanın qoşun birləşmələrinin Azərbaycanın qalan istiqamətindəki hərəkətinin qarşısını alsınlar. Dağlıq Qarabağ erməniləri üçün ən vacib məsələ Laçın koridorunun bağlanmasını real təsvvür etmələri və davranışlarını da buna uyğun qurmaqdır.
Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, Azərbaycan öz vətəndaşlarına sahib çıxacaq və bunun üçün Azərbaycan vətəndaşı olan ermənilərin Azərbaycana müraciəti kifayətdir. Amma Dağlıq Qarabağda olan quldurlar, Azərbaycan torpağının işğalında qan tökənlər, o cümlədən Ermənistan respublikasından gələnlər müraciət etsələr də öz əməllərinə layiqli cavab alacaqlar. Ona görə Dağlıq Qarabağda sakit, Azərbaycan qanunlarını ciddi pozmayan ermənilərdən başqa bütün ermənilərin indidən oranı tərk etməsi məqsədə uyğundur.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq