Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib

13:09 - 13 / 05 / 2019
Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev F.M.Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

 

Paylaş:
1764

Son xəbərlər

Bütün xəbərlər