Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

15:18 - 13 / 05 / 2019
Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

Azərbaycan 10 may tarixində Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

“Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Qeyd etmək istərdik ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Ölkəmiz də daxil olmaqla hal-hazırda alyansın 57 müşahidəçi üzvü var”- deyə, məlumatda qeyd olunub.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər