Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

14:16 - 15 / 05 / 2019
Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə Kalaşnikov avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.

Xatırladaq ki, Minskdə “MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər