Azərbaycanda bir neçə universitetə prorektor təyin olundu – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir neçə universitetə prorektor təyin olundu – SİYAHI

13:33 - 16 / 05 / 2019
Azərbaycanda bir neçə universitetə prorektor təyin olundu – SİYAHI

Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub.

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib.

S.Xankişiyeva

 

Paylaş:
2350

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər