Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edilib
Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlət başçısı eyni zamanda Siraqəddin Nəcəf oğlu Cabbarovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Digər sərəncamlarla Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
S.Xankişiyeva
702