Ukraynada müdafiə naziri və DTX rəhbəri istefa verdi | 1news.az | Xəbərlər
Siyasət

Ukraynada müdafiə naziri və DTX rəhbəri istefa verdi

16:27 - 20 / 05 / 2019
Ukraynada müdafiə naziri və DTX rəhbəri istefa verdi

Ukraynanın müdafiə naziri Stepan Poltorak istefa verib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, nazirliyin başçısı "Facebook" səhifəsində "Sağlıqla qalın!" deyə status paylaşıb.

Həmçinin sosial şəbəkədə prezident Vladimir Zelenskiyə ünvanlanmış istefa ərizəsinin şəklini dərc edib.

Bundan əvvəl ölkənin DTX başçısı Vasiliy Qritsak və onun müavinləri müvafiq ərizələrini təqdim edib.  

Qeyd edək ki, Ukraynadakı prezident seçkilərində qaib gələn Vladimir Zelenskinin bu gün inauqurasiya mərasimi keçirilib. Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacağını elan edib.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər