Fransalı deputat: Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil | 1news.az | Xəbərlər
Siyasət

Fransalı deputat: Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil

13:41 - 29 / 05 / 2019
Fransalı deputat: Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil

Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil.

1news.az xəbər verir ki, bunu Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib.

Onun sözlərinə görə, Azərbaycanın nəinki mərkəzi, eləcə də regionları çox inkişaf edib: “Azərbaycandakı iqtisadi inkişaf məni heyrətləndirir. Ölkənizin apardığı siyasəti çox bəyənirəm. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Buradakı tolerantlıq da məni valeh edir. Azərbaycan çox təhlükəsiz ölkədir”.

1news.az

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər