Avropa Parlamentinin üzvü: Bakının küçələrində gəzərkən özümü tamamilə təhlükəsiz hiss edirəm

Azərbaycan sülhsevər ölkədir. Bakının küçələrində gəzərkən özümü tamamilə təhlükəsiz hiss edirəm. Buna görə də Bakıda bu qədər çox turist var. Buradakı təhlükəsizliyi öz gözümlə gördüm, hiss etdim.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin ingiltərəli üzvü Netan Gill jurnalistlərə müsahibəsində deyib.
Netan Gill bildirib ki, Azərbaycanda insanlar sülhsevərdir. Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunurdu. İnsanlar bu bayramı xüsusi qeyd edirdilər. Vətənimə qayıdanda hər kəsə Azərbaycanın necə sülhsevər olduğu barədə danışacağam və bu ölkəyə turist kimi səfər etməyi tövsiyə edəcəyəm.
S.Xankişiyeva
605