Azərbaycanda məktəblərdə vahid geyim formaları olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məktəblərdə vahid geyim formaları olacaq

15:29 - 30 / 05 / 2019
Azərbaycanda məktəblərdə vahid geyim formaları olacaq

Orta məktəblərdə psixoloji xidmətin ixtisaslı psixoloqlar tərəfindən yerinə yetirilməsi çox vacibdir.

1news.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxış edirkən deyib.

O bildirib ki, yeni qanunda bu məsələ geniş şəkildə öz əksini tapıb.

"Bəzi hallarda məktəblərdə öz ixtisası üzrə oxumayıb, ixtisasartırma kursu keçən şəxslər psixoloq kimi fəaliyyət göstərirlər. Digər məsələ isə psixoloq ştatının məktəblərdə rəsmi olaraq müəyyən edilməsidir. Bunun maliyyə tərəfləri var və müvafiq icra orqanı bunu təmin etməlidir",  – deyə nazir müavini bildirib.

İ.İsayev sözlərinə əlavə edib ki, qanuna əsasən Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq:

"Qanunda məktəblilərin geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb. Bu günə qədər məktəblər formaları özləri müəyyənləşdirirdilər. Lakin yeni qanuna əsasən bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi isə bunlardan yalnız birini seçə bilər".

Pərvanə Sultanova

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər