Məktəblərdə mühafizə xidməti təşkil ediləcək

“Ümumi təhsil haqqında” Qanunda təhsil müəssisələrinin təhlükəsizliyi məsələləri də yer alıb.
1news.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” Qanunla bağlı çıxışında qeyd edib.
O qeyd edib ki, bu vaxtadək təhsil müsəssisələrinin təhlükəsizliyi ilə bağlı qanunvericilikə hər hansı bir müəddəa yox idi:
“Yeni qanunda isə təhsil müəssisələrinin təhlükəsizliyi məsələləri yer alıb. Qanuna əsasən təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək. Məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydaların 6 ay müddətində tərtib olunması qanunda əks olunub”.
Pərvanə Sultanova