İlham Əliyev azarkeşlərlə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev azarkeşlərlə görüşüb – FOTO

12:55 - 30 / 05 / 2019
İlham Əliyev azarkeşlərlə görüşüb – FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final mərhələsi baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Oyundan öncə ölkə başçısı futbol azarkeşləri ilə görüşüb, onlarla şəkil çəkdirib.

Xatırladaq ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkında gəzintiyə çıxıblar. Dövlətimizin başçısı və birinci xanım Dənizkənarı Milli Parkda istirahət edən sakinlərlə və şəhərimizin qonaqları ilə görüşüblər.

S.Xankişiyeva

Foto: AZƏRTAC

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər