Avrokomissar gələn həftə Bakıya səfər edəcək

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Azərbaycana səfər edəcək.
Bu barədə 1news.az-a Avropa İttifaqından məlumat verilib.
Avrokomissar iyunun 13-də keçiriləcək Aİ-Azərbaycan biznes forumunda iştirak edəcək.
Qeyd edək ki, builki Aİ-Azərbaycan biznes forumu kənd təsərrüfatı, bağlantı imkanı və turizm mövzularına həsr olunacaq.
Səfər çərçivəsində Hanın Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi də gözlənilir.
P.Sultanova
546