Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

16:16 - 04 / 06 / 2019
Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

 “Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz - xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

S.Xankişiyeva

 

Paylaş:
528

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər