Azərbaycan-Macarıstan oyununun hakimləri məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan-Macarıstan oyununun hakimləri məlum oldu

12:48 - 06 / 06 / 2019
Azərbaycan-Macarıstan oyununun hakimləri məlum oldu

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək “Avro-2020”nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

1news.az-ın məlumatına görə, iyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər