Putin və Paşinyan Qarabağı müzakirə etməyib

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Qarabağ münaqişəsini müzakirə etməyiblər.
1news.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qarabağ münaqişəsi müzakirə olunmayıb", - Peskov jurnalistlərə deyib.
Daha əvvəl Paşinyanın mətbuat katibi Vladimir bildirib ki, görüşdə Qarabağ münaqişəsi məsələsinə toxunalacaq, lakin məsələlər daha çox iqtisadi gündəmlə bağlı olub.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ətraflı müzakirələr aparılmayıb, bu məsələ ilə bağlı ümumi bir anlaşma olduğu qeyd edilib", - Karapetyan əlavə edib.
P.Sultanova
515