David Tonoyandan etiraf: Azərbaycan hərbçisinin ölüm əmrini mən vermişdim

Məlum olduğu kimi, dünən Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub.
Tərtər rayonunda baş verən bu insidentdən bir neçə gün əvvəl Ağdam istiqamətində də erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Ömərov şəhid olmuşdu.
ATƏT MQ həmsdrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilmısi, hazırda XİN rəhbərlərinin görüşü ərfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının konstruktiv məcrada davam etdirilməsini istəmir.
Bu gün isə Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib.
Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.
Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır.
Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı əsgərin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Guya toplanan faktlar Azərbaycan tərəfinə təqdim edilib.
Ermənistanın baş nazirinin işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasdır.
İstənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işalçı siyasəyinin, sülh danışıqlarını sabotaj etmısinin qarşısını almalıdır.
1news.az