XİN: Ermənistanın növbəti qanlı əməli danışıqların məhvinə xidmət edir

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Bu barədə1news.az-a Xarici İşlər nazirliyinin mətbuat xidmətinən məlumat verilib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.
Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”, deyə açıqlamada bildirilir.
P.S.