Bakı-Dehli birbaşa uçuşları başlayır - TARİX | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Dehli birbaşa uçuşları başlayır - TARİX

09:30 - 10 / 06 / 2019
Bakı-Dehli birbaşa uçuşları başlayır - TARİX

“Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dehliyə birbaşa aviareyslərə başlayır.

1news.az xəbər verir ki, ilk uçuş iyunun 25-də həyata keçiriləcək.

Uçuşlar həftədə bir dəfə nəzərdə tutulub.

“Biz Dehli ilə Bakı arasında birbaşa aviareysin açılmasını alqışlayırıq. Əminik ki, bu, insanlar arasında əlaqələrin və ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə kömək edəcək”, deyə Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.

P.Sultanova

 

Paylaş:
2188

Son xəbərlər

Bütün xəbərlər