İlham Əliyev Tokayevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Tokayevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

12:27 - 10 / 06 / 2019
İlham Əliyev Tokayevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

1news.az dövlət başçısının saytına istinadla xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

1news.az

Paylaş:
546

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər