Vaşinqtonda 28 may tarixi Azərbaycan Milli Günü elan edilib | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda 28 may tarixi Azərbaycan Milli Günü elan edilib

09:25 - 11 / 06 / 2019
Vaşinqtonda 28 may tarixi Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

1news.az-ın məlumatına görə, bəyannamədə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirib və Vaşinqtonda böyük maraq göstərirlər. 

Sənəddə Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyi və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

1news.az

Paylaş:
1232

Son xəbərlər

Bütün xəbərlər