Millimiz evdə darmadağın oldu – VİDEO

Milli komandamız dünən axşam Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.
1news.az-ın məlumatına görə, yığmamız doğma azarkeşlər önündə Slovakiya millisini qəbul edib. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu dəfə daha ağır məğubiyyətlə üzləşib.
Oyunda hesab 8-ci dəqiqədə açılıb. Stanislav Lobotka qonaqların ilk qoluna imza atıb. 27-ci dəqiqədə Yuray Kuçka hesab arasındakı fərqi iki topa çatdırıb. Bir dəqiqə sonra Ramil Şeydayev hesab arasında fərqi azaltsa da, daha üç qol vuran qonaqlar meydandan 5:1 hesablı qələbə ilə ayrılıblar. Millimiz isə növbəti dəfə biabırçı məğlubiyyətlə üzləşib.
E qrupunun digər oyununda Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edib. Rəqibini minimal hesabla məğlub edən macarlar qrupda liderliyə yüksəliblər.
11 iyun
Avro-2020-nin seçmə mərhələsi
E qrupu
20:00. Azərbaycan - Slovakiya - 1:5
Qol: Stanislav Lobotka, 8 (0:1), Yuray Kuçka, 27 (0:2), Ramil Şeydayev, 28 (1:2), Marek Hamşik, 30 (1:3), Marek Hamşik, 57 (1:4), David Hançko, 85 (1:5)
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"
22:45. Macarıstan - Uels - 1:0
Qol: M. Patkay, 81
1. |
Macarıstan |
4 |
3 |
0 |
1 |
6:4 |
9 |
2. |
Slovakiya |
3 |
2 |
0 |
1 |
7:2 |
6 |
3. |
Xorvatiya |
3 |
2 |
0 |
1 |
5:4 |
6 |
4. |
Uels |
3 |
1 |
0 |
2 |
2:3 |
3 |
5. |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
3:10 |
0 |
1news.az