Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

14:17 - 13 / 06 / 2019
Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Bakıda 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, vergi öhdəliklərinin könüllü icra olunması artıb.

Onun sözlərinə görə, 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir:

"Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırılması üçün tədbirləri davam etdirəcəyik".

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər