Mustafa Denizli “Traktor Sazi”nin baş məşqçisi oldu - FOTO

İran yüksək liqasında çıxış edən "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, Təbriz təmsilçisi Mustafa Dənizlini baş məşqçi postuna gətirib. Türkiyəli mütəxəssislə 5 illik müqavilə imzalanıb.
70 yaşlı mütəxəssis daha öncə İranda PAS və "Perspolis"də məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, son iş yeri "Kasımpaşa" olan Mustafa Dənizli 2013-2014-cü illərdə "Xəzər Lənkəran"ı çalışdırıb.
1news.az
888