Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

19:54 - 18 / 06 / 2019
Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat katibi Yevgeni Anoşin məlumat verib.

O bildirib ki, iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutan ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər