Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək – FOTO

13:57 - 19 / 06 / 2019
Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək – FOTO

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

S.Xankişiyeva

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər