İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır

15:03 - 19 / 06 / 2019
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır

İsrailin milli xəbər agentliyi olan TPS (Tazpit Press Service) dünya informasiya məkanında xüsusi nüfuza malik AZƏRTAC ilə sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır.

Bu sözləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin VI Konqresi çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə İsrailin TPS xəbər agentliyinin baş icraçı direktoru Amotz Eyal deyib.

Öz növbəsində, Aslan Aslanov Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələrin mövcudluğunu vurğulayaraq, bunun AZƏRTAC ilə TPS arasında əməkdaşlığa da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırılıb ki, TPS agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində müsbət addım olacaq.

İsrailin xəbər agentliyinin baş icraçı direktoru bildirib ki, TPS gənc olsa da, əsas məqsədi doğru, obyektiv xəbərlər yaymaqdan ibarətdir. Agentlik siyasət, iqtisadiyyat, təhlükəsizlik, texnologiya, elm, kənd təsərrüfatı və digər sahələr üzrə informasiyalar yayır.

Görüşdə agentliklər arasında əməkdaşlıq istiqamətləri, jurnalistlərin təcrübə mübadiləsi və bir çox digər sahələrdə birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
335

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:04Şuşaya səfər edən diaspor üzvü: 28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm – FOTOBu gün, 17:58KXDR və Cənubi Koreya arasında birbaşa rabitə xətti bərpa edilibBu gün, 17:50Bakıda axtarışda olan şəxs özünü partladıb, üç polis xəsarət alıb – YENİLƏNİBBu gün, 17:41Təhsil tələbə kreditlərinin verilməsi Qaydası təsdiqləndiBu gün, 17:28Peskov türkcə danışığı ilə təəccübləndirdi - VİDEOBu gün, 17:15Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyübBu gün, 17:02COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıbBu gün, 17:00Azərbaycan-Serbiya biznes forumu keçirilibBu gün, 16:38Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib - FOTO - YENİLƏNİBBu gün, 16:21Mustafa Şentop: “İnanırıq ki, Ermənistan imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcək”Bu gün, 16:16Oklahoma ştatının qubernatoru Zəngilana səfər edəcəkBu gün, 16:05Əsəd Qeysər: “Pakistan bayrağının Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğalanması bizim üçün xoşdur”Bu gün, 16:00Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakı Bəyannaməsini imzalayıbBu gün, 15:53Kəlbəcərin Günəşli kəndi - VİDEOBu gün, 15:49İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib – FOTO – YENİLƏNİBBu gün, 15:45Sahibə Qafarova: Türkiyə və Pakistan hər zaman Azərbaycana dəstək veribBu gün, 15:43COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıbBu gün, 15:37Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında üçtərəfli əməkdaşlıq platforması yaradılırBu gün, 15:30Son sutkada COVID-19 əleyhinə 68 020 vaksin vurulubBu gün, 15:20
Bütün xəbərlər

Next TV