Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib | 1news.az | Xəbərlər
Siyasət

Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

13:52 - 20 / 06 / 2019
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında seçkilər keçirilib.

1news.az xəbər verir ki, iclasda QDİƏT Parlament Məclisinin baş katibi vəzifəsinə seçkilər baş tutub.

Seçkilərdə iki namizəd – Məclisin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan Parlamenti sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.

Gizli səsvermədə A.Hacıyev yenidən QDİT Parlament Məclisinin baş katibi seçilib.

1news.az

 

 

 

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər