Zülfiyyə Xanbabayevanın evindən oğurluq edənə hökm oxundu
Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
1news.az-ın verdiyi xəbərə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.
S.Xankişiyeva
1311