Sabah Bakıda 34° isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda 34° isti olacaq

12:33 - 26 / 06 / 2019
Sabah Bakıda 34° isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 32-34°isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gözlənilən hava şəraiti mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarda gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti təşkil edəcək.

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər