Xocəsən-Lökbatan yolunun yenidən qurulmasına 13,5 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Xocəsən-Lökbatan yolunun yenidən qurulmasına 13,5 milyon manat ayrılıb

16:15 - 27 / 06 / 2019
Xocəsən-Lökbatan yolunun yenidən qurulmasına 13,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
560

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər