İran səfiliyi idmançılarının Xankəndidəki tədbirdə iştirakı barədə | 1news.az | Xəbərlər
Siyasət

İran səfiliyi idmançılarının Xankəndidəki tədbirdə iştirakı barədə

16:50 - 01 / 07 / 2019
İran səfiliyi idmançılarının Xankəndidəki tədbirdə iştirakı barədə

İran öz idmançılarının Xankəndidə ümumdünya panerməni oyunlarında iştirakına dair məlumatları təkzib edib.

Bu barədə 1news.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirliyin məlumatında deyilir ki, iranlı idmançıların Xankəndi şəhərində idman tədbirində iştirak etməsi xəbəri öz təsdiqini tapmayıb:

"Bu idman tədbirində iştirak qeyri-qanunidir və dövlət tərəfindən hər hansı icazə verilməyib. İdmançılar şəxsi və ya fərdi şəkildə iştirak edərlərsə, İran dövləti onları dəstəkləməyəcək. Səfirlik idmançıların bu tədbirdə iştirak etməməsi üçün əlindən gələni edəcək".

Xatırladaq ki, Ermənistan mətbuatı İranın müxtəlif şəhərlərindən 245 idmançının Azərbaycanın işğal altında olan Xankəndi şəhərində tədbirdə iştirak edəcəyini bildirib.

P.S.

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər