Nazir müavini: Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək

10:23 - 03 / 07 / 2019
Nazir müavini: Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək

Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.

Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər