Leyla Əliyevadan təşəkkür

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ad günü təbriklərinə görə hər kəsə təşəkkür edib.
1news.az xəbər verir ki, Leyla Əliyeva bu barədə sosial şəbəkədəki hesabında yazıb.
“Əziz dostlar, təbriklərə görə hamıya dərin təşəkkürümü bildirirəm! Allah hamıya xoş günlər qismət etsin və birlikdə daha çox xeyirxah işlər görək!
Çox sağ olun, hamınızı sevirəm!”, deyə Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib.
Xatırladaq ki, iyulun 3-də Leyla Əliyevanın ad günü idi.
1news.az
465