Elmar Məmmədyarov: Müstəqilliyimizi, suverenliyimizi möhkəmləndirməliyik

Azərbaycanın əsas xarici siyasət prioriteti ölkəmizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsidir.
1news.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib, xarici siyasət prioritetlərindən bəhs edib.
Qeyd edib ki, 1991-ci ildən Azərbaycan diplomatiyası əsasən enerji sektoruna yönəlib və bu gün ölkə enerji diplomatiyasına sadiq qalır.
Tədbir sessiyalarla davam edir.
P.S.
383