Mnatsakanyan və Lavrov Qarabağ münaqişəsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Mnatsakanyan və Lavrov Qarabağ münaqişəsini müzakirə ediblər

15:09 - 09 / 07 / 2019
Mnatsakanyan və Lavrov Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını  müzakirə ediblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, müzakirələr Slovakiyada keçirilən ATƏT XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.

Tərəflər, həmçinin Ermənistan-Rusiya müttəfiqlik əlaqələrinin gündəliyini, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

P.Sultanova

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər