Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib

16:49 - 10 / 07 / 2019
Nəcməddin Sadıkov və Valeri Gerasimov arasında görüş keçirilib

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşüb.

1news.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik, habelə hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib. V.Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər