Rafael Ağayev və Eduard Məmmədov da medalla təltif olunublar – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media təmsilçisi, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.
İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup idmançı medalla təltif olunub. Təltif olunan idmançılar arasında 14 tanınmış şəxs var.
Onların arasında karatenin "Brilyant oğlan"ı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev, tanınmış idmançımız Eduard Məmmədov və digər idmançılar var.
S.Xankişiyeva
3071