Qonaq gəldiyi evdən 3100 manat oğurladı – BAKIDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonaq gəldiyi evdən 3100 manat oğurladı – BAKIDA

16:05 - 11 / 07 / 2019
Qonaq gəldiyi evdən 3100 manat oğurladı – BAKIDA

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər